23 noyabr 2016 00:30
Arazın oyununa təyinatlar açıqlandı
Azərbaycan çempionu "Araz"ın UEFA Kubokunun elit raundundakı ilk iki oyununu idarə edəcək hakimlər bəllidir. Azerisport.az xəbər verir ki, Naxçıvan klubu ilk turda Xorvatiya "Nasional"ı ilə qarşılaşacaq.
Bu oyunu Portuqaliyadan olan Eduardo Koelyu və rumıniyalı Qabriel German idarə edəcək.
İkinci turdakı Rusiya "Qazprom Yuqra"sı ilə qarşılaşmada isə Paskal Lemal (Belçika) və Eduardo Koelyu (Portuqaliya) iş başında olacaq.
"Araz"ın son turda qarşılaşacağı Almaniya "Hamburq"u ilə görüşünün hakimləri hələ açıqlanmayıb.
