23 noyabr 2016 00:00
Buranello: Araz Rusiya çempionuna qalib gələcək gücdədir
Futzal üzrə Azərbaycan yığmasının sabiq qapıçısı Buranello "Araz"ın UEFA Kubokunun elit raundunda uğur qazanmaq şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Araz" çox çətin qrupa düşüb. "Qazprom Yuqra" və "Nasional" çox güclü klublardır. Əlbəttə, "Araz" özü də güclü klublardan sayılır. Heyətində keyfiyyətli oyunçular var. Məşqçilər korpusu da çx yaxşıdır, çoxillik iş təcrübəsinə malikdirlər. Ona görə də "Araz"ı qrupunun favoritlərindən biri sayıram. Rusiya təmsilçisi UEFA Kubokunun son qalibi olsa da, Azərbaycan klubu bu rəqibinə qalib gələcək gücdədir. Keçmiş klubuma uğurlar arzulayıram və ümid edirəm ki, "Araz" Dördlər Finalına yüksələcək".
