22 noyabr 2016 18:00
Ruslan Qurbanov: Anderlextə qalib gəlmək istəyirik
"Qəbələ"nin hücumçusu Ruslan Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Matça ciddi hazırlaşırıq. Motivasiya hər zaman var. "Anderlext"ə qalib gəlmək istəyirik. Buna nail olmağın çətin olduğunu bilirik. Çünki rəqibimiz güclü komandadır. Amma qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Azarekşlərimizi sevindirmək üçün var gücümüzü qoyacağıq".
