22 noyabr 2016 17:30
Qəbələ - Anderlext matçına nə qədər bilet satılıb?
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Anderlext" (Belçika) matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, hazırda 1000-dən bir qədər artıq bilet satılıb.
Matçın keçiriləcəyi "Bakcell Arena" isə 11 000 azarkeş tutumuna malikdir.
Qeyd edək ki, "Qəbələ" - "Anderlext" matçı noyabrın 24-də keçiriləcək və saat 20:00-da start götürəcək.
