22 noyabr 2016 16:50
Ağatahir Əzimov: Araz güclü rəqibləri yalnız avrokuboklarda görür
"Araz"ın sabiq hücumçusu Ağatahir Əzimov bu komandanın UEFA Kubokunda Xorvatiya "Nasionan"ı, Almaniya "Hamburq"u və Rusiya "Qazprom Yuqra"sı ilə oyunlardakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Araz" üçün çətin olacaq. Çünki "Qazprom Yuqra" çox güclü rəqibdir. "Araz" da zəif deyil. Necə olacağını tezliklə görəcəyik. Digər rəqibləri bilmirəm, "Qazprom Yuqra" ilə çox çətin olacaq. Ötən mövsüm bu komanda "Kayrat"a qalib gəlib. Çünki Rusiya çempionatında da bu komanda "Kayrat" səviyyəsində rəqiblərlə mübarizə aparır. "Araz" bizim çempionatda kimlərə qarşı oynayır? "Araz" güclü rəqibləri yalnız avrokuboklarda görür".
