22 noyabr 2016 15:20
Cəmşid Məhərrəmov: Bu məsələ ilə əlaqəmin olmadığı sübut olunacaq
"Rəvan"ın kapitanı Cəmşid Məhərrəmov adının danışılmış oyunlarla əlaqədar AFFA tərəfindən açıqlanan siyahıda yer almasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, futboldan uzaqlaşdırılmasına dair bunları söyləyib:
"Mənim adım hansı səbəbə görə həmin siyahıya salınıb? Adımın bu söhbətdə çəkilməsi mənim üçün ləkədir. Bu məsələdə əlaqəmin olmadığına şübhəm yoxdur, bu, sübut olunacaq. Sadəcə, mənə təsir edən məqam adımın bu siyahıya hansı səbəbə görə salınmasıdır. Hansı ölkədə sübutsuz müvəqqəti də olsa, kimisə cəzalandırarlar? Düzdür, yaşlı futbolçuyam. Amma hələ də futbol oynaya bilərəm. Karyeramı bu şəkildə başa vurmaq istəmirəm".
