22 noyabr 2016 14:50

AZAL-a texniki məğlubiyyət verildi, İnterin futbolçusu 12 aylıq cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-17 Liqasında “Neftçi” – “Qəbələ” matçının 90+4-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Bəşir Aylarov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-10 Liqasının AZAL PFK – “Sərhədçi” matçında meydan sahibləri iştirak etmədiyinə görə AZAL-a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasının “Bakı”– “Xəzri” matçında “Bakı”nın məşqçisi Etibar Səfərəliyev hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-13 Liqasında “Sabirabad” – UGİM (Göyçay) matçının 13-cü dəqiqəsində “Sabirabad”ın futbolçusu Aqşin Ramazanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında UGİM (Göyçay) – UĞUR Gİİ (Ucar) matçının 40-cı dəqiqəsində UGİM klubunun futbolçusu Nicat Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-17 Liqasında “İnter” PİK – AZAL PFK matçının 37-ci dəqiqəsində “İnter”in futbolçusu Bayram Paşazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyun başa çatdıqdan sonra “İnter”in futbolçusu Riad Abbaszadə AZAL klubunun rəsmi şəxsini bilərəkdən vurduğuna görə 12 ay yarışlardan kənarlaşdırılıb. “İnter” klubuna daxili nizam-intizam qaydalarına əməl  edilməsi haqqında xəbardarlıq olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.