22 noyabr 2016 13:50
Anderlext Bakıya oyundan bir gün öncə gələcək
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Qəbələ"nin qonağı olacaq Belçikanın "Anderlext" klubu Azərbaycana oyundan bir gün öncə - sabah gələcək. Azerisport.az xəbər verir ki, çarter reysi ilə gələcək qonaqlar saat 16:00-da Bakıya çatacaqlar.
Komanda ilə yanaşı, ölkəmizə bir qrup jurnalist də gəlir. "Anderlext" azarkeşlərinin bu oyunda iştirakı gözlənilmir.
Qeyd edək ki, "Qəbələ" - "Anderlext" matçı noyabrın 24-də "Bakcell Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.
