22 noyabr 2016 12:50
Araz artıq Xorvatiyadadır və ilk oyuna hazırlaşır
Futzal üzrə Azərbaycan çempionu "Araz" artıq Xorvatiyadadır. Azerisport.az xəbər verir ki, komandamız bu həftə orada UEFA Kubokunun elit raundunda mübarizə aparacaq.
İlk rəqib isə sabah yerli "Nasional" klubu olacaq.
Qeyd edək ki, "Araz"ı ayın 24-də Rusiyanın "Qazprom Yuqra", 26-da isə Almaniyanın "Hamburq" klubları ilə də oyunlar gözləyir.
