22 noyabr 2016 12:10
Bəhram Bağırzadəni Neftçi Müşahidə Şurasında kim əvəz edəcək?
Bəhram Bağırzadənin "Neftçi"nin Müşahidə Şurasının üzvlüyündən istefa verməsindən sonra onu kimin əvəz edəcəyi maraqla gözlənilir. Azerisport.az xəbər verir ki, hazırda şuranın cəmi 6 üzvü var.
Klubdan aldığımız məlumata görə, hazırda Bağırzadəni kiminləsə əvəz etmək gündəmdə deyil. Əksinə, MŞ-dən daha bir üzvün getməsi istisna edilmir.
