22 noyabr 2016 00:15
Arazın elit-raund üçün yekun heyəti açıqlandı
Noyabrın 23-dən 26-dək futzal üzrə UEFA Kubokunun elit-raundunda çıxış edəcək “Araz” komandasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, baş məşqçi Miltinyo ilk açıqladığı heyətdən qapıçı Anar Məmmədovun adını çıxarıb.
Komandamız turnirdə bu heyətlə mübarizə aparacaq: Rövşən Hüseynli, Emin Kürdov, İsa Atayev, Xətai Bağırov, Everton Kardosa, Ramiz Çovdarov, Fineo de Araujo, Rizvan Fərzəliyev, Eduardo Mello Borges, Villiams Oliveira Do Nascimento, Fabio Jose Polletto, Oqtay Rüstəmli, Tyaqo Teles Martins.
