22 noyabr 2016 00:05
Trabzonspor Şeydayevsiz yenə məğlub oldu
Futbol üzrə Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası - "Trabzonspor" da növbəti matçına çıxıb.
Trabzon təmsilçisi doğma meydanda "Antalyaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Ramilin adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Trabzonspor" 11 turdan sonra 11 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.
