21 noyabr 2016 17:40

Tyaqo Bolinya: UEFA Kubokunu qazanmağı çox istəyirik

Futzal üzrə Azərbaycan yığmasının və "Araz"ın hücumçusu Tyaqo Bolinya UEFA Kubokunun elit raundunun startı ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb:

- Xorvatiya "Nasional"ı, Almaniya "Hamburq"u və Rusiya "Qazprom Yuqra"sı ilə oyunlara necə hazırlaşmısınız?
- Yaxşı. Artıq tam hazır olduğumuzu demək olar. Fikrimcə, Xorvatiyada hər şey bizim üçün uğurlu alınacaq.

- Xüsusi hazırlıq keçmisiniz, ya başqa nəyəsə arxayın olaraq belə inamlı danışırsınız?
- Xeyr, sadəcə, yaxşı komandamız var. Kolumbiyadakı dünya çempionatında da özümüzü yaxşı tərəfdən göstərə bildik. Amma çətin qrupa düşdüyümüzü dərk edirik. "Hamburq"la "Nasional"ın nə qədər güclü olduğunu deyə bilmərəm, amma "Qazprom Yuqra" çox ciddi rəqibdir.

- Deməli, əsas rəqib Rusiya çempionu olacaq?
- Bu komanda həm də UEFA Kubokunun son qalibidir. Bir müddət öncə Rusiya çempionatında "Dinamo" üzərində iki qələbə qazandılar. Şübhəsiz ki, bu komanda qrupun favoritidir. Amma biz öncə "Nasional"la oynamalıyıq. İlk oyunda meydan sahiblərini məğlub etməliyik. Baxmayaraq ki, buna nail olmaq çox çətin olacaq.

- Xorvatlara qalib gələ bilməsəz, qrup birincisi olmaq arzularınızın üzərindən xətt çəkməli olacaqsınız...
- Elə buna görə də start matçımızı qrupun ən vacib oyunlarından biri saymaq olar. Həm də ilk oyunlar həmişə çətin olur. Yalnız "Qazprom Yuqra" barədə düşünsək, heç nəyə nail ola bilmərik.

- Qrupdan çıxa bilməsəniz, necə olacaq?
- Bu artıq rəhbərliyə ünvanlanacaq sualdır. "Araz" pis oynayıb, qrupdan çıxmaya bilər. Eyni zamanda yaxşı oynadığımız halda da buna nail olmaya bilərik. Bunlar fərqli məsələlərdir. Nəyin necə olacağını indidən demək çətindir. Amma hazırda şanslarımız heç də pis deyil. Çünki güclü komandayıq.

- "Araz" UEFA Kubokunda iki dəfə bürünc medal qazanıb. Bu dəfə rəhbərlik qarşınıza hansı hədəfi qoyub?
- Öncə elit raundu uğurlu nəticə ilə başa vurmalıyıq. Dördlər finalına çıxandan sonra orada uğur qazanmaq barədə düşünmək olar. Əlbəttə, hər birimiz UEFA Kubokunu qazanmağı çox istəyirik.

- Siz özünüz necə formadasız?
- Əla! Həm fiziki, həm də oyun baxımından. 29 yaşım var və yaxşı formadayam. DÇ-dəkindən daha yaxşı oynamaq istəyirəm. "Araz" üçün hər şeyin ən yaxşısını etməyə çalışacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.