21 noyabr 2016 17:25
Neftçi Bəhram Bağırzadənin istefasını qəbul etdi
"Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Bəhram Bağırzadənin istefa verdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq klub rəhbərliyi onun istefasını qəbul edib.
Bu barədə klubun yaydığı rəsmi məlumatda bildirilir:
"Neftçi” PFK-nın Müşahidə Şurasının məlumatına əsasən, şura üzvü Bəhram Bağırzadə öz istəyi ilə üzvlük səlahiyyətlərinin icrasını dayandırıb. "Neftçi” PFK Bəhram Bağırzadəyə Müşahidə Şurasındakı fəaliyyətinə görə təşəkkür edir və ona gələcək işlərində uğurlar arzulayır".
