21 noyabr 2016 17:10
AZAL çinli müdafiəçisi ilə yollarını ayıır
AZAL qışda yollarını ayıracağını futbolçulardan birini artıq dəqiqləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu yayda sıralarına qatdığı çinli müdafiəçi Brayan Foku göndərəcək.
Nigeriya əsilli futbolçu məşqçilər korpusunun ümidlərini doğrultmayıb. Buna görə də onun yola salınmasına qərar verilib.
Qeyd edək ki, müqavilə ilə Çinin "Şanxay Şinxua" klubuna məxsus olan Fok AZAL-da icarə əsasında çıxış edirdi.
