21 noyabr 2016 16:50

Bəhram Bağırzadə Neftçi ilə yollarını ayırdı

"Neftçi"nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə paytaxt klubu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, o, bu barədə qərarını belə izah edib:

"Hörmətli azarkeşlər!

Özümü dərk etdiyim həyatım boyu mən “Neftçi” komandasının sadiq azarkeşi olmuşam. Bir neçə il əvvəl bu əfsanəvi komandanın Müşahidə Şurasının üzvlərindən biri olmaq şərəfinə layiq görüldüm. Bütün bu illər boyu şuranın bütün üzvləri “Neftçi” komandasının yenidən Azərbaycan futbolunun “bir nömrəli komandası” olması üçün nəhəng səylər göstərdilər. Mən öz vəzifələrim çərçivəsində daim müxtəlif kreativ layihələr fikirləşirdim və tətbiq etməyə çalışırdım ki, komandanın ictimai imici qalxsın və “Nefçi”nin azarkeşlərini yenidən stadionlara qaytarmağa kömək etsin. Lakin əfsuslar olsun ki, mənim bütün səylərim faydasız oldu, çünki onlar üçün gözəl şərait yaradılmış futbolçular “Netçi”nin yüksək adına uyğun olmaq istəmirlər!

Mən özümü fəaliyyətimin bütün sahələrində uğurlu insan hiss edirəm, lakin mənim uğurum bəxt və ya təsadüfi uğur deyil. Hər şeydən əvvəl, bu, ağır, daimi, gündəlik zəhmətin bəhrəsidir, ona görə mən “Netçin”nin çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünmək və meydançada bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmirəm. Öz adımdan bütün azarkeşlərə “Netçi”nin oyunlarına görə aldıqları böyük məyusluq hisslərinə görə səmimi qəlbdən üzr istəyirəm. Qəti surətdə qalib olmaq istəməyənləri məcburən qalib olmağa vadar etmək mümkün deyil!

Hörmətli azarkeşlər, bu vəziyyətlə əlaqədar, mən istefa verirəm və ”Netçi”nin Müşahidə Şurasından gedirəm. Bu qərarı böyük ürək ağrısı ilə verdim, lakin hələ də ümid edirəm ki, mənim sevimli komandam nə vaxtsa layiqli yer tutacaq və bizim Vətənə çoxlu mükafat gətirəcək!!!

Hörmətlə, Bəhram Bağırzadə".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.