21 noyabr 2016 15:35

Aqil Məmmədov: AZAL-dakı taleyim baş məşqçi ilə söhbətimdən asılı olacaq

AZAL-ın qapıçısı Aqil Məmmədovun azerisport.az saytına müsahibəsi

- Ötən gün "İnter"ə 0:3 hesablı məğlubiyyətdən sonra baş məşqçi Tərlan Əhmədov bildirdi ki, siz yayda transfer etdikləri futbolçular arasında etimadı doğruldan yeganə futbolçusuz...
- Baş məşqçidən belə sözlər eşitmək xoşdur. Daha çox çalışmaq və onun sözlərini təsdiqləmək istəyirəm.

- Bəs digər futbolçularınıza nə olub, niyə AZAL sonuncu pillədə gedir?
- Hər şeyin o dərəcədə pis olduğunu deməzdim. Komandada xeyli gənc futbolçu var. Həm də çempionat bizim üçün daha da çətinləşib.

- Ona görə ki, elitada sizdən zəif komanda qalmayıb?
- Dediyim kimi, komandada təcrübəli futbolçular elə də çox deyil. Kömək etmək istəsək də, hələlik, alınmır.

- Bəs ayına 500-600 manat alan futbolçudan nə gözləmək olar ki?
- İndi 200 000 və ya 300 000 manat alan futbolçular da vaxtilə 100 dollara oynayıblar. Ona görə də futbolçularımız indi aldıqlarını düşünməməlidirlər. Hər kəs öz oyunu ilə daha artığına layiq olduğunu isbatlamalıdı.

- Onlar bunu isbatlayana kimi AZAL Birinci Diviziona yuvarlana bilər...
- Biz sonuncu olmayacağıq. "Neftçi"dən cəmi 5 xal geri qalırıq. Onlarla daha üç oyunumuz var. Hər şey ola bilər.

- Deməli, yaxşı günlərini yaşamayan "Neftçi"nin sonuncu olacağına da inanırsınız?
- Hazırda onlarda vəziyyətin nə yerdə olduğunu bilmirəm. Amma "Neftçi"ni turnir cədvəlində keçməyimizi istəyirəm. Bizim bunun üçün yetərli gücümüz və imkanımız var.

- Prinsipə görə?
- Xeyr. Heç bir prinsipdən söhbət getmir. Çünki vaxtilə orada oynamışam, pul qazanmışam. Sadəcə, indiki komandamın sonuncu olmamasını istəyirəm.

- Gələcək üçün hansı planlarınız var?
- Bunu Tərlan Əhmədovla müzakirə edəcəyəm. Vaxtilə az pul görməmişəm. Ona görə də pul dalınca qaçmıram. Əks halda heç AZAL-a gəlməzdim. Amma ailəni də saxlamaq lazımdır. Ona görə də AZAL-dakı gələcəyim baş məşqçi ilə söhbətimizdən asılıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.