21 noyabr 2016 14:15
Qəbələ - Anderlext oyununun biletləri satışda
UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Anderlext" (Belçika) oyununun biletləri satışa çıxarılır. Azerisport.az xəbər verir ki, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.
Qeyd edək ki, noyabrın 24-də "Bakcell Arena"da (8-ci km stadionu) keçiriləcək "Qəbələ" - "Anderlext" matçı saat 20:00-da başlayacaq.
