21 noyabr 2016 13:45
Milan Baroş Qarabağa qarşı oynamaya bilər
Çexiyanın "Slovan" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi oyun öncəsi ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, ötən gün ölkə çempionatında "Yablonets"ə qarşı oyunda 0:3 hesablı məğlubiyyət azmış kimi, Liberets təmsilçisi əsas qol silahı Milan Baroşu da itirib.
Belə ki, zədə alan futbolçunun hələlik, sıraya nə vaxt dönəcəyi bilinmir. Ehtimal olunur ki, o, "Qarabağ"la oyunda komandasına kömək edə blməsin.
Qeyd edək ki, "Slovan" - "Qarabağ" oyunu noyabrın 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
