21 noyabr 2016 12:40
Əliyar Ağayevə Avroliqada yeni təyinat
UEFA Avropa Liqasının İ qrupunda noyabrın 24-də "Gelsenkirchen" stadionunda keçiriləcək “Şalke” (Almaniya) – “Nitsa” (Fransa) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Azerisport.az xəbər verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.
Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Orxan Məmmədov və Rəhim Həsənov olacaq.
