21 noyabr 2016 12:20
Slovanın kapitanı: Qarabağla oyuna köklənmək çətin olacaq
Çexiyanın "Slovan" klubunun kapitanı Lukaş Pokornı Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi ölkə çempionatında "Yablonets"ə 0:3 hesabıyla uduzmalarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu məğlubiyyətdən sonra Avropa Liqasına köklənmək çətin olacaq. Amma biz peşəkarıq, bu çətin dövrü geridə qoymalıyıq. Qarşıdakı "Qarabağ"la oyun "Yablonets"lə görüşdən tam fərqlənməlidir".
