21 noyabr 2016 11:20
Qəbələnin seriyası Avropada 7-cidir
"Qəbələ"nin Topaz Premyer Liqasında 12 oyunluq məğlubiyyətsiz seriyası Avropa ölkələrinin çempionatları arasında yeddinci belə göstəricidir. Azerisport.az xəbər verir ki, hazırda qitənin ən yaxşı belə seriyası Danimarka çempionatındadır (17 oyun).
Daha sonra Xorvatiya (16), İsveçrə, Ukrayna, Uels (hamısında 15), Bolqarıstan (14) gəlir.
Şotlandiya və İspaniya çempionatının liderləri – "Seltik" və "Real" da "Qəbələ" kimi 12 oyundur məğlubiyyət tanımır.
