Kamran iki qol buraxdı, komandası kubokdan qovuldu
Futbol üzrə Portuqaliya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Kamran Ağayevlə Emin Mahmudovun komandası "Boavişta" da növbəti sınağına çıxıb.
Sözügedən klub doğma meydanda "Vitoriya Gimaraynş"la qarşılaşıb. Eminin adı bu görüşün də iştirak ərizəsinə daxil edilməyib. Kamran isə yenə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qarşılaşmaya gəlincə, hesabı 27-ci dəqiqədə qonaqlar açıblar. Kamran penalti zərbəsini dəf edə bilməyib. 56-cı dəqiqədə meydan sahibləri hesaba tarazlıq gətirə biliblər. 90 dəqiqədə başqa qol olmayınca, matç əlavə vaxta gedib. Amma 90-cı dəqiqədə Kamranın komandası azlıqda qalıb. Rəqib də bu say üstünlüyündən 118-ci dəqiqədə yararlanaraq daha bir qol vurub və qələbə qazanıb - 2:1.
