21 noyabr 2016 01:50
Qəbələnin rəqibi də liderlə bacarmadı
Futbol üzrə Fransa çempionatında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda lider "Nitsa" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:1.
Qeyd edək ki, "Sent-Etyen" hazırda 18 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.
