21 noyabr 2016 00:45
Nağıyev Ukrayna Premyer Liqasında debüt etdi
Futbol üzrə Ukrayna Premyer Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası - "Dnepr" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Vorskla" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Qeyd edək ki, geridə qalan 14 turda əksər vaxtlarda ehtiyat oyunçular arasında yer alan Nağıyev nəhayət bu görüşdə elitada debüt etmək şansı qazanıb. Baş məşqçi onu 90-cı dəqiqədə meydana buraxıb.
Hesabından 6 xal silinmiş "Dnepr" hazırda 8 xalla 12 klub arasında 11-ci pillədə qərarlaşıb.
