21 noyabr 2016 00:30
Eddi oynamadı, komandası 4 qola sevindi
Futbol üzrə İspaniya ikinci liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Alkorkon"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 4:1.
İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Kadis" 15 turdan sonra 21 xalla 22 klub arasında 8-ci pillədə qərarlaşıb.
