21 noyabr 2016 00:20
Amit Quluzadə: Baş məşqçi oyundan öncə bizə Neftçinin güclü və zəif cəhətlərini söyləmişdi
"Sumqayıt"ın yarımmüdafiəçisi Amit Quluzadə Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Samir Abasov oyundan öncə rəqibin güclü və zəif cəhətləri barədə bizə danışmışdı. Rəqib qapısı qarşısında necə təhlükəli vəziyyətlər yaratmalı olduğumuzu bilirdik. Matçın gedişində çoxlu qol vəziyyətimiz oldu. Onların da yalnız ikisindən yararlana bildik. Bunun da sayəsində bakılılara qalib gələ bildik. Şadam ki, belə vacib qələbə qazandıq".
