20 noyabr 2016 20:00
Tərlan Əhmədov: Yalnıq Aqil Məmmədov özünü doğrulda bilir
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlar bizdən güclü idilər. Komandamız oyuna yaxşı köklənə bilməmişdi. Bu, mənim günahım ucbatındandır. Komandadan belə oyun gözləmirdim. Dəyişiklər gözlənilir. Komandanı kimlərin tərk edəcəyini "Sumqayıt"la oyundan sonra dəqiqləşdirəcəyik. Yayda transfer etdiyimiz futbolçulardan yalnız Aqil Məmmədov özünü doğrultdu. Maliyyə problemlərinə baxmayaraq, yaxşı komanda yaratmağa çalışacağıq".
