20 noyabr 2016 23:30
Məsimovsuz Domjale 4 qola sevindi
Futbol üzrə Sloveniya çempionatında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Aluminij"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:0.
Samirin adı əvvəlki 16 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 17 turdan sonra 32 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.
