20 noyabr 2016 23:00
Ufuk Budak oynadı, komandası uduzdu
Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Gənclərbirliyi" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Ufuk bu görüşün 46-cı dəqiqəsində, hesab 0:0 olarkən meydana çıxıb.
Qeyd edək ki, "Kayserispor" 11 turdan sonra 9 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
