20 noyabr 2016 22:30
Qəbələnin rəqibi məğlub oldu
Futbol üzrə Belçika çempionatında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Sulte Varegem"lə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb - 2:3.
Qeyd edək ki, "Anderlext" 15 turdan sonra 25 xalla 16 klub arasında 5-ci pillədə qərarlaşıb.
