20 noyabr 2016 22:00
Qarabağın rəqibi səfərdə qələbə qazandı
Futbol üzrə İtaliya çempionatında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Empoli" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan qələbə ilə ayrılıb - 4:0.
Qeyd edək ki, bir oyunu təxirə salınmış "Fiorentina" hazırda 20 xalla 20 klub arasında 8-ci pillədə qərarlaşıb.
