20 noyabr 2016 19:20
Zaur Svanade: AZAL-la oyundan ehtiyatlanırdım
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Düzünü desəm, bu oyundan ehtiyat edirdim. Çünki heyətlə bağlı ciddi itkilərimiz var idi. Komandanın demək olar ki, yarısı oynamırdı. Buna baxmayaraq, uşaqlar ümidlərimizi doğrultdular. Şadam ki, qələbə qazanmağı bacardıq. Oyuna yaxşı başlamasaq da, sonradan hər şey planlaşdırdığımız kimi alındı. Bu il daha iki çətin oyunumuz qalıb. Həmin oyunlara qədər zədəlilərimiz və cəzalılarımız da sıraya dönəcək".
