20 noyabr 2016 18:30
Samir Abasov: Təcrübə baxımından problemimiz var
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İlk dəqiqələrdən niyyətimiz bəlli idi. Oyun da göstərdi ki, meydana qələbə üçün çıxmışdıq. Sevindirici haldır ki, qoldan sonra yenə hücumlar etdik. Bu həftə Avropada möhtəşəm futbol həftəsidir. İstəyirdik ki, biz də bu möhtəşəm həftədə azarkeşlərimizi sevindirək. Komandanın sabit oyun sərgiləməsi üçün çox çalışmaq lazımdı. Təcrübə baxımından problemimiz var. Belə oyunlar futbolçularımıza dərsdir. Desəm ki, hər oyun belə oynayacağıq, yalan olar”.
