20 noyabr 2016 16:25
Elxan Abdullayev: Sumqayıt bizdən daha istəkli idi
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Komanda bu gün çox zəif çıxış etdi. “Sumqayıt” bizdən daha istəkli idi, ona görə də qələbə qazandı. “İnter”i məğlub edəndən sonra komandada arxayınlıq yaranmışdı ki, “Sumqayıt”a da qalib gələrik. Amma belə deyil, gərək hər oyuna istəklə çıxasan. Əks halda məğlubiyyət qaçılmaz olur. Bundan başqa, heyətlə bağlı problemlərimiz var. Ehtiyat skamyamız çox kasaddır, orada oyunu gücləndirə biləcək futbolçu yoxdur”.
