20 noyabr 2016 14:00
Elnur Cəfərov oynamadı, komandası qalib gəldi
Futbol üzrə Xorvatiya ikinci liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Hrvatski draqovolyaç"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Elnur bu matçın iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 25 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.
