20 noyabr 2016 13:30
Levskinin yarımmüdafiəçisi Azərbaycan klubuna keçə bilər
Bolqarıstanın "Levski" klubunun yarımmüdafiəçisi Georgi Kostadinov karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verri ki, 26 yaşlı futbolçunun klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.
Amma klub rəhbərliyi mövsümün sonunu gözləmədən bu ilin sonunda onunla müqaviləyə xitam vermək arzusundadır. Belə olan halda Kostadinovun Azərbaycan və ya Qazaxıstan klublarından birinə keçəcəyi bildirilir. Hazırda "Levski" və futbolçu arasında danışıqlar gedir.
