20 noyabr 2016 12:00

Tural Axundov: Kəpəzdə həm əvvəlki istək yoxdur, həm də bəxtimiz gətirmir

"Kəpəz"in kapitanı Tural Axundov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (0:1) sonra azerisport.az saytının da suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Birinci hissədə oyunumuz alınmadı. Fasilədən sonra daha yaxşı çıxış etdik, bir neçə qol epizodu yaratdıq. Ölkənin ən yaxşı komandasına uduzduq.

- "Kəpəz" "Qarabağ"la səfər oyunlarında elə oynayır ki, sanki ilk dəqiqələrdən uduzur...
- Belə deməzdim. Sadəcə, komanda hələ tam formada deyil. Hər oyuna fərqli heyətlərlə çıxırıq. Buna görə də belə çoxlu səhvlər olur. Bunları aradan qaldırmaq lazımdır.

- Son dövrlər komandanız tez-tez oyunu azlıqda başa vurur. İntizam çatışmazlığı var?
- Məsələ intizamda deyil. Oyunçularımız birbaşa qırmızı vərəqə almırlar. Adətən, ikinci sarı vərəqə almaqla qırmızı vərəqə göstərilir.

- Az qala hər oyunda xal itirirsiniz. Bu, komandanızın avrokuboklara vəsiqə qazanmasına nə dərəcədə təsir edə bilər?
- Qələbə qazanmaq üçün əlimizdən gələni edirik. Buna baxmayaraq, avrokuboklara vəsiqə qazanmaq əsas hədəfimizdir.

- İstənilən halda "Kəpəz" ötən mövsüm daha inamlı çıxış edirdi...
- Razıyam. İndiki heyətimiz də güclüdür. Lakin sanki ötən mövsümdəki istək yoxdur.

- Kapitan olaraq vəziyyəti düzəltmək üçün nə düşünürsünüz?
- Komanda ilə danışıram. Digər tərəfdən bəxtimiz də gətirmir. Təkcə elə "Qarabağ"la oyunda top iki dəfə dirəkdən qayıtdı.

- Premyer Liqada klub sayının azalması xal qazanmağınıza təsir edir?
- Təbii ki, ötən mövsüm bu baxımdan işimiz yaxşı idi. İndi eyni rəqiblərə qarşı tez-tez oynamaq psixoloji cəhətdən də çətindir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.