20 noyabr 2016 00:30
Qurban Qurbanovdan qadağa
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının üzvlərinə qadağa qoyub. Azerisport.az xəbər verir ki, o, yetirmələrinin mətbuatla ünsiyyət qurmasını istəmir.
Belə ki, Qurbanov futbolçulara Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Çexiya "Slovan"ı ilə oyuna qədər mediaya müsahibə və açıqlama verməyi qadağan edib.
"Slovan" - "Qarabağ" matçı noyabrın 24-də Liberetsdə keçiriləcək və saat 22:00-da start götürəcək.
