20 noyabr 2016 00:15
Dəniz Yılmaz 90 dəqiqə oynadı, Bursaspor xal itirdi
Futbol üzrə Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası - "Bursaspor" da növbəti matçına çıxıb.
Bursa klubu doğma meydanda "Akhisar"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
D.Yılmaz bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 53-cü dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, "Bursaspor" hazırda 21 xalla 18 klub arasında 3-cü pillədə qərarlaşıb.
