20 noyabr 2016 00:10
Dmitri Nazarov oynadı, komandası yenə uduzdu
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Hannover"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan da məğlubiyyətlə ayrılıb - 0:2.
Nazarov bu görüşün 76-cı dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Ersgebirge" 13 turdan sonra 10 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
