20 noyabr 2016 00:05
Erat oynadı, Duysburq yenə xal itirdi
Almaniya üçüncü Bundesliqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Frankfurt"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Erat start heyətdə meydana çıxdığı qarşılaşmanın 72-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "Duysburq" 15 turdan sonra 27 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.
