20 noyabr 2016 00:00
Paşayev oynadı, Stal Kiyev Dinamosuna uduzdu
Futbol üzrə Ukrayna çempionatında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə Kiyev "Dinamo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.
Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 15 turdan sonra 14 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.
