19 noyabr 2016 23:45
Qarabağın rəqibi səfərdə uduzdu
Futbol üzrə Çexiya çempionatında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" da növbəti matçına çıxıb.
Libereç təmsilçisi səfərdə "Yablonets"lə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Qeyd edək ki, "Slovan" hazırda 14 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.
