19 noyabr 2016 23:30
Qəbələnin rəqibindən daha bir qələbə
Futbol üzrə Almaniya Bundesliqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - "Maynts" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Frayburq" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan qələbə ilə ayrılıb - 4:2.
Qeyd edək ki, 11 turdan sonra 17 xala malik olan "Qəbələ"nin rəqibi 18 klub arasında 8-ci pillədə qərarlaşıb.
