19 noyabr 2016 20:55
Dino Ndlovu: Bu, Slovanla matç öncəsi ikiqat motivasiyadır
"Qarabağ"ın hücumçusu Dino Ndlovu Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Çətin oyun oldu. Amma qələbə qazanmağı bacardıq. Qol vurmağıma gəlincə, bu, Avropa Liqası çərçivəsində qarşılaşacağımız "Slovan"la oyun öncəsi ikiqat motivasiyadır".
