Şahin Diniyev: Qarabağa qarşı layiqli mübarizə apardıq
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu, "Qarabağ" üçün Çexiya "Slovan"ı ilə oyun öncəsi yaxşı test oldu. Bizim heyətlə bağlı itkilərimiz var idi. Bu görüşdə əks-hücum taktikasını seçmişdik. Amma hesabda geri düşəndən sonra artıq əks-hücumda oynamağa ehtiyac qalmadı və açıq futbola keçdik. Hesabı bərabərləşdirmək istəyirdik. Bütövlükdə, "Kəpəz" bu gün layiqli oyun, yaxşı futbol sərgilədi. "Qarabağ" top-klubdur. Belə bir rəqibə qarşı uşaqlar əllərindən gələni etdilər. Ağdam klubuna qarşıdakı Avroliqa oyunlarında uğurlar və pley-offa çıxmağı arzulayıram". (СВС)
