19 noyabr 2016 17:40
Adil Şükürov: Xal itirmək istəmədiyimizə görə aqressiv idik
"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Komandam bu gün xal itirmək istəmirdi. Ona görə də belə aqressiv idi. Həm də çempionatın liderinə qarşı oynayırdıq. Məğlubiyyətin əsas səbəblərindən biri ələ düşən qol şanslarından yararlana bilməməyimiz oldu. Bu gün bunu bacarmadıqsa, deməli, daha çox məşq etməyimiz, çalışmağımız lazımdır. Cavid Tağıyevin epizoduna gəlincə, hakim yaxınlıqda idi. Həm də futbolçularımız dayanmalı deyildilər". (СВС)
