19 noyabr 2016 17:20
Sənan Qurbanov: Roman Qriqorçukun yoxluğu hiss olunurdu
"Qəbələ"nin məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
"Çox vacib üç xal qazandıq. Bu gün ələ düşən qol şanslarından yararlanmağımız lazım idi. Dabo uzun müddətli zədədən qayıtsa da, çalışırdı. Ruslan Qurbanov da yaxşı oynadı, aqressiv idi. Roman Qriqorçukun texniki zonadan olmaması hiss olunurdu. Amma o, öz göstərişlərini verirdi. Şadam ki, növbəti oyunda bizimlə olacaq". (СВС)
