Anar Nəzirov: Zirənin ötən mövsümlə müqayisədə zəiflədiyini düşünmürəm
"Zirə"nin qapıçısı Anar Nəzirov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Aydın məsələdir ki, çətin oyun olacaq. Çünki "Qəbələ"nin gücünü hamı bilir. Amma bizim hədəfimiz oyunda xal qazanmaqdır. Bu oyunda da uğurlu nəticəyə ümidliyik. "Zirə"nin ötən mövsümlə müqayisədə zəiflədiyini düşünmürəm. Bu mövsüm də uğur qazanacağımıza inanıram. Komandada özünəinam var. Əlbəttə, Nelson Bonilyanın da indi bizimlə olması pis olmazdı".
Nəzirov yığma komandamızın çıxışından da söz açıb: "Əfsuslar olsun ki, Şimali İrlandiya ilə səfər oyununda uğur qazana bilmədik. Məğlubiyyətə görə hamımız məyus olduq. Növbəti oyun Almaniya yığmasına qarşıdır. Çətin olacaq. Almaniya dünyanın ən güclü komandalarından biridir. Amma bacardığımızı edəcəyik. Belfastda televizor alınması məsələsinə gəlincə, bunun futbolçulara heç bir aidiyyatı yoxdur".
